Siyəzəndə kafedə meyit tapılıb.
KONKRET.az apa-ya istinadla xəbər verir ki, hadisə avqustun 11-də Siyəzən şəhərinin ərazisində yerləşən kafedə baş verib.
Kafenin sanitar qovşağında Quba sakini 1947-ci il təvəllüdlü Eldar Babayevin meyiti aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.
Araşdırma aparılır.
