“Siz erməni xalqını məhv etmək üçün buradasınız, uzaq durun bizdən!” – Pelosiyə İSMARICbackend

"Siz erməni xalqını məhv etmək üçün buradasınız, uzaq durun bizdən!" - Pelosiyə İSMARIC

“Siz 2018-ci ildə başlayan qanlı sövdələşmənizi tamamlamaq üçün buradasınız”.

KONKRET.az xəbər verir ki, ölən erməni əsgərin anası Hayk Melikyan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə müraciət edib.

Həmin açıqlamanı təqdim edirik:

“Buraya gəlmişəm ki, ölkəmiz satılmır, övladlarımızın qanı satılmır. Mən qatillərə planlaşdırılmış cinayətlərini həyata keçirmək üçün yaşıl işıq yandıran ikili standartlarınıza qəzəbimi bildirmək üçün buradayam. Demokratiya terminini məhv edən və indi natəmizliklə əlaqələndirilən saxta demokratiyanıza görə sizi utandırmaq üçün buradayam. Bu gün demokratiyanın himayəsi altında bir-birinin ardınca dövlətlər məhv edilir. Sadə bəyanatlar səviyyəsində saxta planlar, səmərəsiz hərəkətlər nəticəsində ölüm və dağıntılar yayılır. İndi niyə burada olduğunuz haqqında.

2018-ci ildə başlayan qanlı müqavilənizi tamamlamaq üçün buradasınız. Siz nəhayət ki, erməni dövlətçiliyini və erməni xalqını məhv etmək üçün buradasınız. Soyqırım Muzeyinə gedirsiniz. Necə cəsarət edirsiniz? Azərbaycan və Türkiyə oğullarımızı qıranda susurdunuz.

Siz hələ də susursunuz, baxmayaraq ki, Azərbaycan bizim torpağımızdadır, Ermənistan və Qarabağda əraziləri işğal etməkdə davam edir.  Sizin əsl məqsədiniz xunta hakimiyyətini uzatmaq, ayıqlığımızı boş vədlərlə ört-basdır etmək, diqqətimizi əsas gündəmdən yayındırmaqdır, dövlətçiliyimizi sona qədər məhv etməkdir.

Ayıb, ayıb, yenə də ayıb! Sizin əlləriniz dolayı yolla əsgərlərimizin qanına bulaşıb. Biz sizin əsl üzünüzü tanıyırıq, əsl niyyətinizi bilirik. Ölkəmizdən və xalqımızdan uzaq olun”, – deyə müraciətdə bildirilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*