“Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı” bitib, əsl müharibə başlayıb”. Olqa Skabeyeva dünyanı “heyrətləndirməkdə” davam edir.
KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı teleaparıcı Olqa Skabeyeva “60 dəqiqə” verilişində deyib. O, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının başa çatdığını açıqlayıb.
“Əgər birdən xəbəriniz yoxdursa, deməli “xüsusi əməliyyat” başa çatıb. NATO ilə Üçüncü Dünya Müharibəsi başlayıb”.
“60 dəqiqə” verilişində narahatedici xəbəri verən teleaparıcı təkcə Ukraynanı deyil, bütün Şimali Atlantika İttifaqını demilitarizasiya etməyə məcbur olduqlarını deyib.
“Bəlkə də etiraf etməyin vaxtı çatıb ki, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatı başa çatıb, o mənada ki, əsl müharibə və Üçüncü Dünya Müharibəsi başlayıb. Biz təkcə Ukraynanı deyil, bütün Şimali Atlantika İttifaqını demilitarizasiya etməyə məcburuq”, – Skabeyeva deyib.
Əvvəllər Olqa Skabeyevanın keçmiş həmkarı və Vesti-nin keçmiş rəhbəri Fəridə Kurbanqaleyeva onun haqqında deyib ki, Skabeyeva Rusiya-1 kanalındakı ilk addımlardan hamını “məhv edə” bilərmiş kimi təəssürat yaradır.
Xuraman Etibarlı,
KONKRET.az
