Somalidə silahlılar Quriel şəhərini yenidən tutub – Döyüşlərdə ölənlər varbackend

Somalidə silahlılar Quriel şəhərini yenidən tutub - Döyüşlərdə ölənlər var

Somalidə silahlı qruplaşma üzvləri ölkənin mərkəzindəki Quriel şəhərini yenidən ələ keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Somali Guardian” xəbər portalı məlumat yayıb.

Məlumata görə, silahlılar səhər saatlarında hökumət qüvvələri tərəfindən Qurieldən qovulduqdan sonra axşam saatlarında əks-hücuma keçiblər. Nəticədə Qalmuduq əyalətində strateji baxımdan əhəmiyyətli olan Quriel şəhəri yenidən onların əlinə keçib.

Hökumət qüvvələri ilə gün ərzində davam edən küçə döyüşlərində 12 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*