Somalinin paytaxtında terrorçular otelə girərək oradakıları girov götürüblərbackend

Somalinin paytaxtında terrorçular otelə girərək oradakıları girov götürüblər

Somalinin paytaxtı Moqadişoda otellərin birində güclü partlayış olub, bundan sonra bir qrup silahlı binaya daxil olaraq oradakı girov götürüblər.

KONKRET.az xəbər verir ki, bu barədə Somalinin “Gubjug News” xəbər portalı məlumat yayıb.

Təhlükəsizlik qüvvələrinin kapitanı Məhəmməd Hüseynin bildirdiyinə görə, “Elite Hotel” binası yaxınlığında bomba partladılıb. Bunun ardınca bir qrup silahlı şəxs paytaxt elitası arasında məşhur olan otelə giriblər.

Somali ordusunun elit bölmələri ilə otelə girən silahlılar arasında güclü atışma olub. Hərbçilər otelin bir neçə qonağını girov götürüblər. Məlumata görə, “Əş-Şəbab” terror qruplaşmasının üzvləri otelin beşinci mərtəbəsində özlərinə mövqe qurublar. İlkin məlumatlara görə, ölənlər olub, onların arasında məmur olduğu da deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*