Son 10 ayda neçə nəfər övladlığa uşaq götürmək istəyib? – STATİSTİKAbackend

Son 10 ayda neçə nəfər övladlığa uşaq götürmək istəyib? - STATİSTİKA

“2019-cu ilin noybarın 1-dən övladlığa götürülmə üzrə DOST Agentliyinin mərkəzlərinə 1 000-dən çox müraciət daxil olub”.

KONKRET.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki canlı yayımda Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev deyib.

Onun sözlərinə görə, 2019-cu ilin noyabrın 1-dən övladlığa götürülmə ilə bağlı bütün səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə veriləndən bu günə qədər 20 uşaq övladlığa verilib:

“Onlardan 13-ü oğlan, 7-i qızdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*