SON DƏQİQƏ: ABŞ Rusiyaya qarşı hərbi əməliyyatlara hazır olduğunu AÇIQLADIbackend

SON DƏQİQƏ: ABŞ Rusiyaya qarşı hərbi əməliyyatlara hazır olduğunu AÇIQLADI

ABŞ-ın BMT-dəki səfiri Rusiyanın Ukraynaya müdaxiləsinin baş verəcəyi təqdirdə, hərbi tədbirlərin görülməsinə icazə verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Vaşinqton Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə, Rusiyaya qarşı hərbi müdaxilənin olacağını etiraf edib. Bunu Moldovanın “Jurnal TV” telekanalına müsahibəsində ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

Onun sözlərinə görə, Ağ Ev Rusiyaya qarşı təkcə iqtisadi tədbirləri nəzərdən keçirmir. Diplomat vurğulayıb ki, ABŞ Moskvanın regionda mümkün addımını nəzərə alır və buna qarşı tədbir görməyə hazırdır.

Tomas-Qrinfild ABŞ hakimiyyətinin bütün sərhədlərdə vəziyyəti diqqətlə izlədiyini deyib: “Biz Ukraynanın bütün qonşularına Rusiyadan gələ biləcək təhlükəyə qarşı kömək etməyə hazırıq. Vaşinqton 2014-cü ildən Ukrayna ilə işləyir.  Bu müddət ərzində hərbçilərə dəstək üçün Kiyevə təxminən 2,7 milyard dollar verilib. Bundan əlavə, dövlət katibi Entoni Blinkenin Ukraynaya səfəri zamanı əlavə maliyyə vəsaitinin ayrılacağı açıqlanıb. Eyni zamanda Vaşinqton Kiyevə konsaltinq dəstəyi göstərir” – deyə diplomat vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*