SON DƏQİQƏ: Azərbaycan Ağdam rayonu üzrə mina xəritələri müqabilində 15 nəfər ermənini Ermənistana təhvil verdibackend

SON DƏQİQƏ: Azərbaycan Ağdam rayonu üzrə mina xəritələri müqabilində 15 nəfər ermənini Ermənistana təhvil verdi

Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin aşçıqlamasında deyilir.

Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik.

Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.

  • GARACANTA
    İyun 12, 2021 - 21:58

    Пашинян говорит правду, обратите внимание русские “миро-притворцы” ни разу не попали в мину….значит эти карты давно у них в руках…просто они эти карты не давали азербайджанской стороне до полного закрепления своих позиций в Карабахе…кажется наши знали это…сейчас русские гявуры устроили базар “карта-пленные” и при этом они выиграли…так что нашей стороне рано радоваться…скоро эти русские гявуры взамен карт минных полей потребуют Шушу и Лачин…вот настоящий базар тогда точно начнется…русские собираются захватить весь Азербайджан….Аппетит Приходит Во Время Еды …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*