“Azərbaycan erməni əsgərini İrəvana təhvil verəcək”.
KONKRET.az xəbər verir ki, bu barədə Caliber.az-a adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 2022-ci il aprelin 23-də Azərbaycan sərhədçiləri tərəfindən əsir götürülən erməni hərbçi Eduard Arturoviç Martirosov tezliklə Ermənistan tərəfinə təhvil veriləcək.
Qeyd olunur ki, əsgərin Ermənistan tərəfinə təhvil verilməsi Rusiyanın işğaldan azad edilmiş Azərbaycan torpaqlarında müvəqqəti sülhməramlı missiyasının komandanlığının vasitəçiliyi ilə Ağdam rayonunda baş tutacaq.
İstintaqın məlumatına görə, Azərbaycan tərəfi Martirosovun diversant olmadığını, Azərbaycana qarşı cinayətlərdə iştirak etmədiyini və yolunu azaraq Azərbaycan sərhədini keçdiyini müəyyən edib.
Müşviq Tofiqoğlu,
KONKRET.az
