Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqının (Aİ) Çinə qarşı iqtisadi siyasətinin sərtləşdirilməsi məsələsini müzakirə etmək məqsədilə komandasını təcili şəkildə toplamağa hazırlaşır.
KONKRET.az xəbər verir ki, “Euronews”-un məlumatına görə, jurnalist Mared Guynin reportajında bildirilir ki, qapalı qapılar arxasında keçiriləcək iclas Aİ-nin Pekinə qarşı daha sərt ticarət tədbirlərinə doğru ilk addımı ola bilər.
Müzakirələrdə xüsusilə iqtisadi təhlükəsizlik, ticarət balansı və strateji sahələrdə Avropanın maraqlarının qorunması məsələlərinin gündəmdə olacağı gözlənilir. Rəsmi açıqlama hələlik verilməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
