SON DƏQİQƏ: Heyvanlara qarşı bunu edənlər HƏBS OLUNACAQbackend

SON DƏQİQƏ: Heyvanlara qarşı bunu edənlər HƏBS OLUNACAQ

Azərbaycanda heyvanlara qarşı rəhmsiz davranış halları cəmiyyətdə ciddi narahatlıq doğurmaqda davam edir və bu istiqamətdə qanunvericilik də getdikcə sərtləşdirilir. Son dəyişikliklərə əsasən, belə əməllərə görə tətbiq olunan cərimələr artırılıb, bəzi hallarda isə inzibati həbs cəzası da nəzərdə tutulub.

Bəs yeni qaydalara görə heyvanların öldürülməsi və ya tələf edilməsinə görə artıq inzibati həbs tətbiq oluna bilərmi?

Bu barədə KONKRET.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə bildirib ki, 29 noyabr 2024-cü ildə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, heyvanlara qarşı qəddar münasibətə görə tətbiq olunan cərimələr artırılıb.

Vəkil Turan Abdullazadə Ad gününüz mübarək! » XeberTime.Az

“Əvvəllər heyvanlarla rəhmsiz davranışa görə 500 manat məbləğində cərimə nəzərdə tutulurdusa, yeni dəyişikliklərə əsasən bu məbləğ 800 manata qaldırılıb. Əgər bu cür hərəkətlər nümayişkaranə şəkildə və ya media vasitəsilə yayımlanmaqla törədilərsə, həmin şəxslər 800 manatdan 1000 manatadək cərimə oluna bilərlər.

Bu əməllər heyvanların şikəst edilməsinə səbəb olduqda 1000 manatdan 1500 manatadək cərimə tətbiq edilir. Əgər nəticədə heyvanın tələf olması, yəni ölümü baş verərsə, cərimə məbləği 1500 manatdan 2000 manatadək artırılır”.

Bəzi hallarda isə təkcə cərimə ilə kifayətlənilmir. İşin hallarından və xətanı törədən şəxsin şəxsiyyətindən asılı olaraq, 1 ayadək müddətə inzibati həbs də tətbiq oluna bilər.”

Beləliklə, qanunvericiliyə edilən son dəyişikliklər heyvanların qorunmasını gücləndirməklə yanaşı, bu sahədə məsuliyyəti də daha da artırır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*