SON DƏQİQƏ: Milli Məclis buraxıla və növbədənkənar seçkilər keçirilə bilərbackend

SON DƏQİQƏ: Milli Məclis buraxıla və növbədənkənar seçkilər keçirilə bilər

Son vaxtlar siyasi dairələrdə Milli Məclisin fəaliyyətinə və qəbul edilən qanunlara münasibət ətrafında müzakirələr intensivləşib. Bəzi ekspertlər və siyasi qüvvələr parlamentdə əvvəlki idarəetmə dövrlərinin təsir imkanlarını qoruyan qrupların mövcud olduğunu iddia edir, bunun qanunvericilik prosesinə və ictimai rəyə təsir göstərdiyini bildirirlər. Eyni zamanda, son aylarda sosial narazılıq doğuran bir sıra qanunvericilik dəyişiklikləri parlamentin yenilənməsi ilə bağlı çağırışları da gücləndirib. Belə bir şəraitdə ilin sonunadək Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi real görünürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, Milli Məclisin hazırkı tərkibində uzun illərdir parlamentdə təmsil olunan şəxslər az deyil.

CROSSMEDIA - Tural Abbaslı: Sabah məlum olsa ki, Ağ Partiyanın hansısa üzvü də Mehdiyevlə əlbirdir...- MÜSAHİBƏ

Onun sözlərinə görə, parlamentin ən azı 50-60 faizini 20-25 ildir qanunverici orqanda fəaliyyət göstərən deputatlar təşkil edir:

“Vaxtilə Ramiz Mehdiyevlə işləyən, ona sadiq olmuş və ya onun idarəetmə metodlarını dəstəkləyən şəxslər arasında müəyyən qruplaşmaların olması mümkündür. Bu insanların da səsvermə hüququ var və müəyyən məsələlər ətrafında birləşə bilərlər. Belə ehtimalı tamamilə istisna etmək olmaz”.

Tural Abbaslı qeyd edib ki, son dövrlər cəmiyyətlə parlament arasında narazılıq yaradan bir sıra qanunvericilik aktları qəbul edilir:

“Cərimələrin artırılması, müxtəlif sahələrdə şərtlərin ağırlaşdırılması kimi addımlar ictimai narazılıq yaradır. Bəzən elə qanunlar qəbul edilir ki, onların normal şəraitdə belə qəbul olunması sual doğurur.

Biz maraqlıyıq ki, yeni parlament seçkiləri keçirilsin. Parlamentdə daha çox siyasi partiya təmsil olunsun, rəqabət və debat mühiti formalaşsın. Dünyada və regionda baş verən prosesləri nəzərə alsaq, düşünürəm ki, hazırkı parlament müasir siyasi çağırışlara cavab verməkdə çətinlik çəkir”, – deyə o, bildirib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*