Ermənistanın nümayiş etdirdiyi pilotsuz uçuş aparatları Rusiyaya yönəlmiş siyasi və informasiya mesajıdır.
KONKRET.az xəbər verir ki, bu barədə erməni KİV-ində yer alan məqalədə vurğulanır.
Məqalə müəllifinin fikrincə, Ermənistanın əsas dron layihələrindən biri olan “Dragonfly-3” tamamilə yerli istehsal deyil və xarici texnologiyalara əsaslanır.
Digər təqdim olunan dronlar isə əsasən taktiki səviyyədə istifadə üçün nəzərdə tutulub və strateji təsir imkanları məhduddur.
Bununla belə, Ermənistan Ukraynanın dronlardan uğurlu istifadəsi nümunəsini ön plana çıxararaq öz hərbi potensialını daha böyük göstərməyə çalışır.
Müəllif bunu asimmetrik informasiya çəkindirməsi kimi qiymətləndirir: məqsəd həm daxili auditoriyaya ölkənin müdafiə qabiliyyətini nümayiş etdirmək, həm də Moskvaya onun logistik və hərbi obyektlərinin həssas ola biləcəyi barədə mesaj verməkdir.
Yazı Ermənistan-Rusiya münasibətlərinin gərginləşdiyi bir dövrdə bu cür məlumatların siyasi və psixoloji təsir vasitəsi kimi istifadə edildiyini vurğulayır.
Müşviq Tofiqoğlu
KONKRET.az

KONKRET, niyə məsələ qaldırmırsınız ki, Türkiyə 1 il ərzində 700 layihə üçün 2 milyard dollar ayıra bilir biz 7 layihə üçün 2 min manat ayıra bilmirik. Niyə?