Ruben Vardanyan “vəzifə”sindən azad olunub.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Arsax” “prezidenti” Arayik Arutyunyan Ruben Vardanyanı “dövlət naziri” vəzifəsindən azad edib.
“Mən cənab Vardanyana minnətdaram ki, həm dostluq, həm də kollegial münasibətlərdə həmişə mənimlə məsuliyyəti mümkün qədər bölüşməyə çalışıb.
Lakin, o, Qarabağdakı vəziyyətə və gələcək problemlərə görə mənim şəxsi məsuliyyətimin miqyasını və dərəcəsini dərk etdi və anladı”, – deyə separatçıların başçısı vurğulayıb.
Onu “prokuror” Qurgen Nersisyan əvəz edəcək.
Xuraman Etibarlı,
KONKRET.az
