Ermənistan Müdafiə Nazirliyi sərhəddə insident baş verdiyi barədə məlumat yayıb.
KONKRET.az xəbər verir ki, məlumata görə, bu gün saat 14:20 radələrində Qeqarqunik rayonunun Verin Şorja kəndi istiqamətində Azərbaycan və Ermənistan hərbçiləri arasında atışma olub. Atışma nəticəsində 32 yaşlı kiçik serjant Q.Xurşudyanın ölümcül güllə yarası alıb.
Xuraman Etibarlı
KONKRET.az
