SON DƏQİQƏ: Şimali Koreya əsgərləri Cənubi Koreya sərhədini pozdubackend

SON DƏQİQƏ: Şimali Koreya əsgərləri Cənubi Koreya sərhədini pozdu

Təxminən 20 Şimali Koreya əsgəri demarkasiya xəttini keçib. Cənubi Koreya hərbçiləri xəbərdarlıq atəşi açıblar.

KONKRET.az xəbər verir ki, Şimali Koreya əsgərləri mərkəzi bölgədəki demilitarizasiya zonası daxilində sərhədi keçiblər. Xəbərdarlıq atəşi açdıqdan sonra onlar geri qayıdıblar. İki Koreyanı ayıran demilitarizasiya zonasında missiya yerinə yetirən Şimali Koreya qoşunları izah edibl ki, hazırda ərazini ot və kol basıb və bu, demarkasiya xətti nişanının görünməsini çətinləşdirir.

Şimali Koreya may ayının sonundan Cənubi Koreya ərazisinə zibil və peyinlə doldurulmuş yüzlərlə şarın buraxılmasından sonra sərhəddəki vəziyyət gərginləşib. Pxenyan bunu Şimali Koreya rəhbərliyini tənqid edən təbliğat vərəqələri olan hava şarlarının buraxılmasına cavab kimi izah edib. Koreya Mərkəzi Xəbər Agentliyi Şimali Koreyanın mayın 28-i gecəsindən iyunun 2-si səhərə kimi Cənubi Koreyaya 15 ton zibil göndərdiyini bildirib. Pxenyan iddia edir ki, cənubi koreyalı fəallar Şimali Koreya rəhbərliyinə qarşı vərəqələr olan şarlar, həmçinin pul, düyü və ya Koreya serialları olan fleş disklər havaya buraxıblar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*