SON DƏQİQƏ! Təhsil naziri mühüm əmr imzaladıbackend

SON DƏQİQƏ! Təhsil naziri mühüm əmr imzaladı

Təhsil naziri Ceyhun Bayramov koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə tətbiq edilən xüsusi iş (əmək) rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 1 may 2020-ci il tarixli, 163 nömrəli Qərarının, 16 mart 2020-ci il tarixli 1/384 nömrəli və 2 may 2020-ci il 10/541 nömrəli məktublarında verilən tapşırıqların icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5 bəndini rəhbər tutaraq əmr imzalayıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, əmrdə deyilir:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin 31 may 2020-ci il saat 00:00-a qədər uzadılması nəzərə alınaraq 4-31 may tarixlərində Təhsil Nazirliyi Aparatının Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda yerləşən strukturuna daxil olan qurumların, strukturuna daxil olmayan tabeliyindəki qurumların, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasının ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun fəaliyyətinin təmin edilməsi məqsədilə hər bir qurum üzrə işçi sayının 30 faizə (rəhbər şəxsləri və onların mülahizəsinə əsasən zəruri hesab edilən əməkdaşların cəmi) qədəri işə cəlb olunsun.

2. Bu əmrin 1-ci bəndində qeyd olunan rayon və şəhərlər istisna olmaqla digər Təhsil Nazirliyinin strukturuna daxil olan qurumlara, strukturuna daxil olmayan tabeliyindəki qurumlara işə cəlb olunmalı əməkdaş sayı məhdudiyyəti tətbiq edilməsin.

3. Bu əmrin 1-ci bəndində qeyd olunan şəhər və rayonda yerləşən qurumlarda rəhbər şəxslərin mülahizəsinə əsasən, iş yerində işə cəlb olunması zəruri hesab edilən əməkdaşlar müəyyən edilərkən aşağıdakı hallar nəzərə alınsın:

3.1. öhdəsində azyaşlı (7 yaşınadək) uşağı olan, yaşlılara və tibbi yardıma ehtiyacı olan şəxslərə qulluq edən əməkdaşlar işə cəlb olunmasın;

3.2. yaşı 60-dan yuxarı olan əməkdaşlar işə cəlb edilməsin;

3.3. şəxsi nəqliyyat vasitəsi olan əməkdaşların işə cəlb olunmasına üstünlük verilsin.

4. Nazirliyin Aparatının struktur bölmə rəhbərliyi və Nazirliyə tabe olan Bakı şəhərində yerləşən qurumların səlahiyyətli şəxsləri işə cəlb olunan əməkdaşlarının siyahısını hər gün Nazirliyin İnsan Resursları Şöbəsinə ([email protected]) təqdim etsinlər.

5. Maliyyə Şöbəsinə tapşırılsın ki, işə cəlb olunmayan əməkdaşların əmək haqqının ödənilməsi üçün zəruri tədbirləri həyata keçirsin.

6. Bu əmrin 1-ci bəndində qeyd olunan qurumların rəhbərlərinə tapşırılsın ki, işə cəlb olunmayan əməkdaşların əmək haqqının ödənilməsi üçün zəruri tədbirləri həyata keçirsin.

7. İnsan Resursları Şöbəsinə tapşırılsın ki, xüsusi karantin dövründə işə cəlb olunan əməkdaşlara cəlb olunduqları günlər üçün il ərzində əlavə istirahət günlərinin verilməsini təmin etsin.

8. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə və Təhsil Nazirliyinin rəhbər şəxslərinə tapşırılsın ki, işə cəlb olunması zəruri hesab edilməyən əməkdaşların məsafədən işləmək imkanlarını müəyyən etsinlər və bunun üçün tələb olunan şəraitin (texnoloji əlaqə platformalarının müəyyən edilməsi, onların sazlanması və s.) yaradılmasını təmin etsinlər.

9. Əmək fəaliyyətini iş yerində yerinə yetirən işçilərə münasibətdə aşağıdakılar nəzərə alınsın:

9.1. iclasların, görüşlərin və müzakirələrin fiziki ünsiyyət yaratmadan texnoloji avadanlıqlar vasitəsi ilə keçirilməsinə üstünlük verilsin;

9.2. sənədlərə vizaların toplanması halları istisna olmaqla, əməkdaşlar arasında sənəd və məlumat mübadiləsi elektron poçt və telefon rabitəsi vasitəsilə həyata keçirilsin;

9.3. əməkdaşların və onların üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq, öskürək, nəfəs darlığı, burun axıntısı və digər bu kimi hallar olduğu təqdirdə həmin əməkdaşların işə cəlb olunmasl dərhal dayandırılsın və müvafiq tədbirlər görülsün;

9.4. əməkdaşlardan şəxsi gigiyena qaydalarına riayət olunması tələb olunsun;

9.5. əməkdaşlardan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi rejimin qaydalarına əməl olunması tələb olunsun.

10. Əmrin 1-ci bəndində qeyd olunan qurumlarda və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşların qəbulu 2020-ci il mayın 31-dək dayandırılsın.

11. 2020-ci mayın 31-dək vətəndaş müraciətlərinin qəbulu Telefon Məlumat Mərkəzi (146-1) və [email protected] elektron poçt ünvanı vasitəsilə təmin edilsin.

12. İnformasiya şöbəsi bu əmrin aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.

13. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.                                                                             (APA.az)

  • Sifayi
    May 6, 2020 - 00:15

    Salam. Mən təhsil haqqımı ödəyə bilmirəm . Çox xahiş edirəm yardım edin. Edilən güzəştlərdən yoldaşım işləyir deyə yararlana bilmədim. Ama aldığı maaş ev kirayəsinə komunal ödənişlərə ancaq yetir. Çox xahiş edirəm vəziyyətimi nəzərə alın . Bir uşaqla kirayədə yaşayıram. 500 manat təhsil haqqı ödənişi qalıb. 500 yaxın qohumların köməyi ilə ödəmişəm

  • Bahar Abdullazadə
    May 6, 2020 - 11:31

    Virtual məktəbdə yeni Microsoft Teams proqramında dərslər nə vaxt başlayacaq?

    • Mustafa
      May 6, 2020 - 20:17

      Bunun haqqında heç bir şey deyilmir

  • Emine
    May 6, 2020 - 11:38

    Salam men ve bir nece is yoldaslarimiz olunan yardim ve 190 manat ala bilmedik emek muqavilemiz akdivdi ama az qalib 2 ay olsun maasda almiriq yeni ise gedmirikse maasda yoxdu xais edirem bizede komek edin bes biz neyniyek emek muqavilesi akdivdi deye hec bir yardim almadiq axi akdiv emek muqavilesi var deye neyneyek

  • Aytac
    May 6, 2020 - 18:11

    Salam ne tele dersler nede online dersler heç biri canlı ders kimi qane etmir bizi. Men eminem ki diger dostlarımda bele düşünür. Müeyyen tedbirler onsuz da görülür. Bizde maskadan istifadə ederek derse başlasaq yaxşı olar. Çünki bele biz tehsilden çox geri qalırıq.

    • Aynur
      May 14, 2020 - 07:32

      Düz deyirsiz.Sizinlə tamamilə razıyam.

  • Aytac
    May 6, 2020 - 18:14

    Salam ne tele dersler nede online dersler heç biri canlı ders kimi qane etmir bizi. Men eminem ki diger dostlarımda bele düşünür. Müeyyen tedbirler onsuz da görülür. Bizde maskadan istifadə edərək özümüzü qoruya bilərik. Çünki bele biz tehsilden çox geri qalırıq.

  • Mədinə
    May 6, 2020 - 18:53

    salam,2017ci ildən 900 azn uni:ersitetə borcum qalıb hissə hissə ödəsəm də 900 manatı ödəyə bilmirəm.Atam vəfat edib anam isə 2 ci qrup.q əlildir.xahish edirem mən və mənim kimi tələbələrin probleminə kömək edəsiniz

  • Nigar
    May 6, 2020 - 19:16

    Qiyabilərin yay sessiyası haqqında niyə bir qərara gəlinmir?
    Biz də bilmək istərdik ki, distant olacaq ya olmayacaq.

  • Şərqiyyə
    May 6, 2020 - 19:45

    Salam ,mən Göyçay rayon 6saylı məktəbdə dil ədəbiyyat müəllimi işləyirəm.Artıq 65yaşım tamam olduğu üçün işləmək səlahiyyətimi itirirəm son on ildə bir dəfə də olsa xəstəlik bülletenim olmayıb Həyat yoldaşımın ağır ürək əməliyyatı keçirməsini və qara ciyər serrozundanəziyyət çəkməsini nəzərə alara,müstəsna hal kimi bir illiyə mənə müqvilə bağlamağı sizdən dönə dönə xahiş edirəm Xatırladıram ki,mən neçə illərdir davamlı şəkildə yüksək səviyyədə işləmişəm və diaqinostik imtahandan yüksək bal yığmışam ,mənə əgər güzəşt edərsinizsə bu mənim ailəmə maddi cəhətdən çox kömək olar,mən bu yardımı çox ümidlə gözləyirəm.

  • Rəcəb
    May 6, 2020 - 20:09

    Hörmətli cənab Nazir Zaqatala rayon Əliabad qəsəbə məktəbin direktoru məndən 40manat pul istəyir.Məktəbin adından ipək qurtu bəsləyən məktəb rəhbəri İradə ibrahimxəlil ova müəllimlərdən ipək qurdu bəsləmək üçün pul yığıb hər yarpağı alacaq.Verməsəm hazırda altı sad dərs yüküm olduğu kimi sentyabr ayında dərs yüküm daha da azalacağını bildirib.Müəllimlərin əksəriyyəti pulu verib mən verə bilmirəm.Hər il belə ziyalıları ipək qurduna görə bizi incidirlər.Təhsilsiz insanlar var ki,ölkəmizdə işsizlik baş alıb gedir.Vermirəm pulunu.Sağolun.Gəlin məktəb rəhbərini uzaqlaşdırın.Zaqatala icra hakimi M.Əhmədzadənin əmrinə əsasən məktəblərin adında və xəstəxanalara digər qurumlara ipək qurdu verilib.Zaqatala rayon Əliabad qəsəbənin bəzi idman zalında hal-hazırda qurt bəslənilir.Əliabad üç nömrəli məktəbdə iki nömrəli məktəbin idman zalında və s.

  • Sona
    May 6, 2020 - 21:53

    Salam. Mən təhsil haqqımı ödəyə bilmirəm . Çox xahiş edirəm yardım edin. Edilən güzəştlərdən yoldaşım nə də mən
    yararlans bilmədik.Çox xahiş edirəm vəziyyətimi nəzərə alın . İki uşaqla kirayədə yaşayıram. 300 manat təhsil haqqı ödənişi qalıb vəziyyətimiz olduqca çetindir.

  • Günay
    May 6, 2020 - 23:19

    Salam axşamınız xeyir mən tovuz rayonunda yaşayıram. 34 yaşım var iki uşaq anasıyam yoldaşım işləmir agır asma xəstəsiyəm.yoldaşım 190 manat aldı mənə düşmədi.müalicələrmi etdirə bilmirəm köməklik üçün kimə və hara müraciət edim mən

  • Nermin
    May 7, 2020 - 00:11

    Salam men kollec bitirmisem universitete qebul olmusam 1 kurs telebesiyem aileleliyem uzr isteyirem 2 ovladim var yoldasik karantinle bagli islemedi ,qeyd edimki dovlet isinde islemir yoldasim issizlik statusu var amma men tehsilhaqqidan azad ola bilmirem mene komek edin ailemin gucu catmir vermeye .Yemeye gucle pulumuz catir neyinki tehsilhaqqiya.Defelerce Nazirliye yazsamsa heckes bu meseleye baxmayib.Elaqe nomremi qoyum belke bir komeyiniz kecer 0555987838

  • Şəbnəm
    May 7, 2020 - 01:16

    Salam .Mən qiyabi tehsil aliram .Aileliyem 2 övladim var.Yoldaşimla ayrilmişam.Bize vaxtli vaxtinda maddi kömeklik de göstermir.İllik tehsil haqqim 1500 manatdir.Aldiğim maaşla övladlarimi gücle temin edirem.Xahiş edirem tehsil haqqimin yay semestr hissesine olan borcunun ödenilmesinde mene kömeklik edesiniz.Mesele ile bağli Cənab Prezidentimize de müraciet etmişem.Her bir Azerbaycan vetendaşi kimi bizlerin de tehsil almaq arzusu ve isteyi var.Tehsil haqqisi dövlet terefinden ödenilen problemli telebeler sirasina bizleri de daxil etsez sevinerik.Ümid edirem ki,kömek edersiz bize.Tel;050_664_11_98

  • Əli Rzayev
    May 7, 2020 - 03:15

    Salam,hər vaxtınız xeyir .Mən repetitor fəaliyyəti ilə məşğul olan müəlliməm. Konkret bilmək istəyirəm ki, Bakı şəhərində biz canlı dərslər keçə bilərikmi hal hazırda? Və keçə biləriksə, neçə nəfər şagirdlə fərs keçməyə icazəmiz var?

  • Aksana
    May 7, 2020 - 09:48

    Salam. Virtual məktəb proqramınsan qeydiyyatdan keçə bilmədim. Necə edim alınsın.

  • Wuwu
    May 8, 2020 - 13:53

    Salam.Deyilene gore buraxilis imtahani ile kollece qebul legv olunub.Nece olacaq bes?

  • Əli
    Sentyabr 2, 2020 - 19:06

    Salam aleykum kurslar açığdi bilmirsiz xahiş cavab verərdizde

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*