“Ukrayna 24” telekanalı Ali Radanın deputatı Sergey Raxmaninin Ukrayna qoşunlarının acınacaqlı durumu ilə bağlı bəyanatından sonra yayımı dayandırıb.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Bildirilir ki, Ali Radanın deputatı Ukrayna Silahlı Qüvvələrinin ağır vəziyyətdə olduğunu verilişdə açıqlayıb. Bu fikirlərdən dərhal sonra veriliş yarımçıq dayandırılıb.
O bildirib ki, Qərb ölkələrindən gələn silah yardımlarına baxmayaraq, Ukrayna qoşunlarının itkiləri daha çoxdur.
Deputat əlavə edib ki, yeni silah növlərinə keçid etmək üçün onlardan istifadəni uzun illər ərzində öyrənmək lazımdır. Kiyevin isə kifayət qədər silah toplamaq və onlardan istifadəni öyrənmək üçün vaxtı yoxdur. Bundan sonra teleaparıcı onun sözünü kəsib və veriliş yarımçıq dayandırılıb.
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba isə Donbassdakı vəziyyətin Kiyev üçün ürəkaçan olmadığını bildirib və mövcud durumun daha da pisləşəcəyini vurğulayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
