Soqomyandan İLGİNÇ AÇIQLAMA: “Azərbaycan açıq şəkildə Paşinyanı dəstəkləyir”backend

Soqomyandan İLGİNÇ AÇIQLAMA: "Azərbaycan açıq şəkildə Paşinyanı dəstəkləyir"

“Bir vaxtlar, daha dəqiq 2008-ci ildə vətəndaşların polisləri vurması Nikol Paşinyanın ruhunu ucaltdı, bir dəfə o, vətəndaşları polislərə qarşı daşla silahlanmağa çağırdı, bu gün isə eyni şəxs polislərin əli ilə dinc nümayişçiləri əzdi”.

KONKRET.az xəbər verir ki, bu barədə “Hayakve”nin üzvü Menua Soqomyan danışıb.

“Paşinyan administrasiyası hamının marağındadır. hamının ehtiyaclarını ödəyir. Məsələn, Rusiya üçün elə bir şey etmək lazımdır ki, o ölkənin başağrısı olmasın. Ermənistanın güzəştləri hesabına Qərblə münaqişə olmamalıdır. Və o, bunu elə edir ki, heç bir dövlətin ruhu incimir. Türkiyə və Azərbaycan üçün lazım olan hərəkətləri də edir.  Bəli, qısamüddətli perspektivdə Paşinyan bu ölkələr üçün faydalı fiqurdur, lakin uzunmüddətli perspektivdə bütün geosiyasi mərkəzlər anlayır ki, Paşinyan lazım gələrsə, onları “atacaq”” , – deyə Soqomonyan bildirib.

Onun sözlərinə görə, Paşinyan daha çox Azərbaycandan dəstək alır və bu gün Ermənistan tərəfinin Azərbaycan mövqeləri istiqamətində atəş açması təsadüfi deyil.

“Çox vaxt gərgin daxili siyasi situasiyalarda Azərbaycan tərəfi lazım gəldikdə eskalasiyaya səbəb olmaq, Paşinyana ölkədə hərbi vəziyyət və ya fövqəladə vəziyyət, komendant saatı tətbiq etmək üçün əsas vermək üçün sərhəddəki gərginlik barədə informasiyalar yayır. Səbəb sadədir. Azərbaycan rəsmiləri açıq şəkildə Paşinyanı dəstəkləyir ”, – Soqomonyan bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*