Sosial media bu iddia ilə çalxalanır – İran Haniyəni niyə qoruya bilmədi?backend

Sosial media bu iddia ilə çalxalanır - İran Haniyəni niyə qoruya bilmədi?

İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasiminə qatılan Həmas lideri İsmayıl Haniyə Tehranda sui-qəsd nəticəsində həyatını itirib. Haniyənin ölümündən sonra İranın ev sahibliyi etdiyi lideri qoruya bilməməsi müzakirə mövzusuna çevrilib.

KONKRET.az xəbər verir ki, Haniyənin ölümü ilə bağlı müzakirələr davam edərkən, qalmaqallı məlumatlar ortaya çıxıb. İddiaya görə, İran rəsmiləri mərasimə qatılacağı gözlənilən Hizbullah lideri Həsən Nəsrullahın təhlükəsizliyini təmin edə bilmədiklərini deyib və ona Tehrana gəlməməyi tövsiyə ediblər.

Bu iddiadan sonra eyni prosedurun HƏMAS liderinə niyə tətbiq edilmədiyi sualı ortaya çıxıb.

Sosial media istifadəçiləri İranın Tehranda təşkil oluna biləcək sui-qəsd xəbərdarlığı aldığını və özünün “vəkil” təşkilatı Hizbullaha xəbərdarlıq edildiyini iddia etsə də, HƏMAS liderinin ölümündə səhlənkarlığın təsirli olduğu bildirilib.

Digər tərəfdən, Xamneyinin öldürülməsi ilə bağlı İrandan bir-birinin ardınca açıqlamalar gəlib.

İran lideri Ayətullah Əli Xamenei hesab edir ki, İranda baş verən sui-qəsdə görə onlar da məsuliyyət daşıyırlar: “Cinayətkar və terrorçu sionist rejim dəyərli qonağımızı evimizdə şəhid etməklə bizi kədərləndirdi, eyni zamanda özləri üçün ağır bir cəza hazırladılar”.

İran prezidenti Məsud Pezeşkiyan da X hesabında yazıb: “İran Qüds şəhidi İsmayıl Haniyənin vəfatı ilə bağlı ağlayır”.

Onu “Fələstin müqavimətinin cəsur yoldaşı” adlandıran Pezeşkiyan, “İki şərəfli xalq olan İran və Fələstin arasındakı bağ əvvəlkindən daha möhkəm olacaq. Məzlumların müqaviməti hər zamankındən daha güclü şəkildə müdafiə olunacaq” deyib. Hücumun İranın ərazi bütövlüyünü də hədəf aldığını bildirən İran prezidenti bildirib ki, “İran öz ərazi bütövlüyü, ləyaqət və şərəfini müdafiə edəcək və işğalçı terrorçuları alçaq hərəkətlərindən peşman edəcək”.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf da Haniyənin qanının yerdə qalmayacağını bildirib. Qalibaf X sosial media hesabındakı paylaşımında sui-qəsddə həyatını itirən Haniyəyə Allahdan rəhmət diləyib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*