2026-cı ilin iyul ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 177,5 min nəfər olub.
KONKRET.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onların 39,4%-ni kişilər, 60,6%-ni isə qadınlar təşkil edib.
