Şoyqu: “Rusiya ciddi təhlükədədir”backend

Şoyqu: "Rusiya ciddi təhlükədədir"

Rusiya ciddi təhlükədədir.

KONKRET.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu deyib.

Rusiya Müdafiə Nazirliyinin rəhbəri bildirir ki, Qərb Ukraynadan istifadə edərək Rusiyanı parçalamaq və müstəqillikdən məhrum etmək istəyir, lakin bu cəhdlər uğursuzluğa məhkumdur.

Şoyqu Rusiya hərbçilərini Vətənin Müdafiəçisi Günü münasibətilə təbrik edərək, bu gün ölkənin kollektiv Qərb tərəfindən ciddi təhlükə altında olduğunu qeyd edib.

Rusiya hərbi idarəsinin rəhbərinin sözlərinə görə, hazırda silahlı qüvvələr Rusiyanın milli təhlükəsizliyinin və sabit inkişafının təminatı rolunu oynayır.

“Əsgər və zabitlərimiz babalarımızın və ulu babalarımızın döyüşdüklərini müdafiə edirlər. Onlar üçün Vətənin rifahı, təhlükəsizliyi hər zaman həyatın ən ali mənası olub. Bizim onların davamçıları üçün isə Vətənə sədaqət əsas dəyərdir. Rusiyanın müstəqilliyinə etibarlı dayaqdır”, – Şoyqu deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*