Şoyqudan yeni komandan TƏYİNATLARIbackend

Şoyqudan yeni komandan TƏYİNATLARI

Rusiyanın müdafiə naziri Sergey Şoyqu iki hərbi dairənin komandirlərini dəyişdirib.

KONKRET.az xəbər verir ki, bu barədə RBC mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Cənub Hərbi Dairəsinə general-polkovnik Sergey Kuzovlev, Qərb Hərbi Dairəsinə isə general-leytenant Yevgeni Nikiforov rəhbərlik edəcək.

Kuzovlev 2020-ci ilin noyabrından 2021-ci ilin fevralına qədər Suriyadakı Rusiya silahlı qüvvələrinin qrup qoşununa, ondan əvvəl isə Qərb və Cənub hərbi dairələrinin bölmələrinə komandanlıq edib.

Nikiforov 2020-ci ildən Şərq Hərbi Dairəsinin komandanının birinci müavini, ondan əvvəl isə Qərb Hərbi Dairəsinin komandanının müavini olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*