Striptizçi qızın 6 metrlik dirəkdən düşməsi VİDEOsu yayıldıbackend

Striptizçi qızın 6 metrlik dirəkdən düşməsi VİDEOsu yayıldı

ABŞ-ın Texas ştatındakı Dallas şəhərində bir striptizçi qızın altı metrlik dirəkdən yerə düşməsi haqda video yayılıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Daily Mail” nəşri yayıb.

Kadrlardan görünür ki, Genea Skay adlı qız rəqs meydançasında dirəkdən yerə yıxılır, ancaq bir neçə saniyədən sonra isə heç nə olmamış kimi yerdə oynamağa başlayır. Ətrafdakılar isə dəhşət içində olan bu mənzərəni izləyirlər.

Video sosial şəbəkələrdə yayılıb və tez bir zamanda populyarlıq qazanıb.  İnstagram hesabında Skay dəstək sözlərinə və xoş şərhlərə görə hamıya təşəkkür edib.

Skay çənəsini sındırdığını və tamaşadan sonra əməliyyat keçirdiyini bildirib:

“Bir neçə dişimi də sındırdım və ayaq biləyim burxuldu. İndi hər şey yaxşıdır. Xoşbəxtlikdən qollarıma və ayaqlarıma heç nə olmadı”.

Onun rəfiqəsi Ayana Knowles Geneanın tibbi xərclərini ödəmək üçün pul toplayıb. Yüzlərlə insan Knowlesin istəyinə cavab verib. Nəticədə Skay üçün 13 min dollardan çox pul yığılıb.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*