Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Samux rayonu ərazisində, Yenikənd su anbarında 1998-ci il təvəllüdlü Əhmədov Elman Mehman oğlunun batması barədə məlumat daxil olub.
Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aparılan axtarışlar nəticəsində E.Əhmədovun meyiti tapılaraq su anbarından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
=======================================================================================================
Kür çayının Şəmkir rayonundan keçən hissəsində bir nəfər batıb.
KONKRET.az xəbər verir ki, bu gün rayon sakini, 1995-ci il təvəllüdlü Əhmədov Elman Mehman oğlu Kür çayında boğularaq ölüb. Onun meyiti çıxarılaraq ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
APA
