backend

"Sülhməramlılar Laçın dəhlizini hər cür təxribatçının Qarabağa sızdığı əsl süzgəcə çeviriblər" - "Caliber" - VİDEO

Dünən gecə  bir video paylaşdı, orada Rusiya sülhməramlılarının səngər qazan erməni əsgərini necə gizlətdiyini, qoruduğunu aydın görə bilərsiniz.

KONKRET.az “Caliber”dən bir neçə sitat bölüşür: “Sülhməramlılar Laçın dəhlizini hər cür təxribatçıların, fırıldaqçıların qanunsuz olaraq Qarabağa sızdığı əsl süzgəcə çeviriblər”.

“Caliber” daha sonra yazır:

“İndi çoxlarını maraqlandırır ki, Rusiya sülhməramlı kontingenti hara baxır və Fransa prezidentliyinə namizəd Xankəndinə necə gəlib. Budur sadə və görünən cavab. Bu videoda rus əsgərlərinin Qarabağda erməni silahlılarının səngər qazma prosesini və yeni cəbhə xəttini aydın görə bilərsiniz. Onların Laçın dəhlizində yoxlanış veclərinə deyill, burada işlər daha vacibdir. Video bu yaxınlarda çəkilib. Deməli, illüziya qurmağı bitirmək və Laçın dəhlizində post qoymaq vaxtıdır. Qarabağdakı RF Müdafiə Nazirliyi bu anı yaxınlaşdırmaq üçün hər şeyi etdi”, -deyə nəşr yazıb.

Əgər “Caliber” bunu deyirsə, o zaman Azərbaycan hakimiyyəti RSK-nın Qarabağdakı işindən çox narazıdır. Amma bu səssiz etiraz sülhməramlıları və axmaq separatçıları dayandıracaqmı?

Videonu təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

  • Garachanta
    Dekabr 26, 2021 - 22:12

    rus və erməni gavurlar müharibəyə hazırlaşırlar…və bunu da açıq şəkildə nümayiş etdirirlər…rus gavurları bu məsələdə fransızlarla sövdələşiblər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*