“Sülhməramlıların bu hərəkətini alçaldıcı hesab edirəm” – Stepanyan – FOTObackend

"Sülhməramlıların bu hərəkətini alçaldıcı hesab edirəm" - Stepanyan - FOTO

“Mən bunu qəbuledilməz və alçaldıcı hesab edirəm”.

KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “hüquq müdafiəçisi” Qeqam Stepanyan Facebook səhifəsində yazıb.

“Hazırkı şəraitdə müxtəlif strukturların, o cümlədən Rusiya sülhməramlı qoşunlarının nümayəndələrinin ictimaiyyətə, hamilə qadınlara və uşaqlara yardım göstərməsi alqışlanır.

Ancaq insanların, xüsusən də uşaqların üzü açıq şəkildə göstərilir. Fotoların yayılmasını yolverilməz hesab edirəm. Qarabağ əhalisi üçün verilən yardımı manipulyasiya etmək və onları yazıq kimi istifadə etmək ən azı alçaldıcı hesab olunur. Bununla bağlı “insan hüquqları institutu”na da çoxlu şikayətlər daxil olub.

Mən bütün yardım təşkilatlarını, şəxsləri, eləcə də sülhməramlıları insanların şəxsi toxunulmazlıq və ləyaqət hüququna hörmət etməyə çağırıram. Və bu cür fotoşəkilləri paylaşmaqdan çəkinməyi məsləhət görürəm”, – deyə o bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*