Sumqayıtda çayxana, avtoyuma və marketdə yanğın oldubackend

Sumqayıtda çayxana, avtoyuma və marketdə yanğın oldu

Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan bir dam altında tikilən birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən (çayxana, avtoyuma, market) sahəsi 80 m² olan çayxanada 1 ədəd soyuducu və 4 dəst stol-stul yanıb, lambirdən ibarət tavan 20 m² sahədə əriyib.

KONKRET.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yüksək temperaturdan sahəsi 40 m² olan avtoyuma məntəqəsinin lambirdən ibarət tavanı 10 m² sahədə əriyib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*