Sumqayıtda çöldə gəzən koronavirus xəstəsinə cinayət işi açıldı – VİDEObackend

Sumqayıtda çöldə gəzən koronavirus xəstəsinə cinayət işi açıldı - VİDEO

Sumqayıt şəhər Polis idarəsi və Qubadlı rayon polis şöbəsinin əməkdaşları Sumqayıt şəhərinin inzibati ərazisində qanunsuz olaraq yaşadığı evi tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

KONKRET.az-ın məlumatına görə, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər Kotec qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Kərimov İbrahim Ramazan oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb.

Qeyd edək ki, Kərimov İbrahim Ramazan oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.

Şəxs polisin nəzarətinə götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*