Sumqayıtda dəm qazından zəhərlənən ailənin SON DURUMUbackend

Sumqayıtda dəm qazından zəhərlənən ailənin SON DURUMU

Sumqayıtda dəm qazından zəhərlənən ailənin vəziyyəti məlum olub.

KONKRET.az xəbər verir ki , bu barədə Trend-in sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzinin mətbuat katibi Ramil Zeynallı bildirib ki, 05.01.2025-ci il tarixində saat 01:50 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 4 nəfər (kişi cinsli), Uşaq Xəstəxanasına isə 1 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

“Dəm qazının toksiki təsiri diaqnozları təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, onlar ambulator müalicə üçün evə buraxılıblar”,- deyə o əlavə edib.

Qeyd edək ki, Sumqayıt şəhər sakinləri 1969-cu il təvəllüdlü Xankişi Təvəkkül oğlu Ocaqov,onun oğlu 1993-cü il təvəllüdlü Murad Xankişi oğlu Ocaqov,1977-ci il təvəllüdlü Ramil Qiyas oğlu Şirinov,onun oğlu 2012-ci il təvəllüdlü Xəyal Ramil oğlu Şirinov və 1989-cu il təvəllüdlü Elvin Zaman oğlu Mirzəyev dəm qazından zəhərləniblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*