Sumqayıtda günorta saatlarında uzun tıxac yaranıb və bu, şəhər sakinlərinin marağına səbəb olub.
KONKRET.az xəbər verir ki, bu cür tıxaca öyrəşməyən sakinlər və sürücülər, yaranmış vəziyyəti təəccüblə qarşılayıblar.
Qeyd edək ki, böyük sıxlıq şəhərin Sülh küçəsində qeydə alınıb.
Məlum olub ki, sıxlığın səbəbi heç də avtomobillərin çoxluğu və şəhərin yüklənməsi ilə əlaqəli deyil. Belə ki, yolun rənglənməsi və yol nişanlarının çəkilməsi ilə əlaqədar adıçəkilən küçənin hər iki istiqamətində hərəkət qismən məhdudlaşdırılıb. Bu səbəbdən də uzun sıxlıq yaranıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

