Sumqayıtda QANUNSUZLUQ – 50 yaşı olan iki ağac kəsildi – FOTObackend

Sumqayıtda QANUNSUZLUQ - 50 yaşı olan iki ağac kəsildi - FOTO

“Sumqayıtda 50 yaşı olan iki ağac amansızcasına kəsildi”.

KONKRET.az xəbər verir ki, bu fikirləri tanınmış idman şəhçisi Rəhim Əliyev bildirib.

O daha sonra bunları bildirib: “Mənim Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bir təklifim var. Gömrük Komitəsinin saytında olduğu kimi bir kalkulyator düzəldib qoysunlar saytlarına. Hər ağac kəsmək istəyi olan şəxs də girib orada hesablasın ki, kəsdiyi ağaca görə nə qədər cərimə ödəyəcək…

Təsəvvür edin ki, Sumqayıtda 50 yaşı olan iki AĞAC kəsilib və bunu edənə (şəxs demirəm) cəmi 2700 manat cərimə kəsilib.

Deməli, bundan sonra bina tikmək üçün, restoran açmaq üçün, balkon çıxarmaq üçün sizə lazım olan ərazidə nə qədər ağac varsa, asalnlıqla yuxarıdakı kalkulyatorda hesablayın və maya dəyərinə daxil edin, vəssalam…

50 yaşı olan iki ağac.. Həmin o ağaclara bu 50 ildə nə qədər qulluq olunub, dövlət nə qədər büdcə ayırıb. Bu 50 ildə o ağaclar nə qədər insana oksigen veriblər, nə qədər kölgədə adam saxlayıblar. Bütün bunların hamısı cəmi 2700 manata…

Olmazmı ki, hər on ilə görə bunu edənin bir barmağı kəsilsin? hə, unutmuşdum, biz sivil dövlətik, əl-qol kəsən ərəblərdən fərqlənirik, amma ərəblər kimi pulla ödəmək daha sivildir, ağacı kəsmək isə heç sivil deyil…

Cəmi 2700 manat ver və istədiyin iki 50 yaşlı ağacı kəs…”

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*