Sumqayıtın “gözdən uzaq, könüldən iraq” yaşayış məskəni: “Qurd dərəsi” niyə düzəlmir?backend

Sumqayıtın "gözdən uzaq, könüldən iraq" yaşayış məskəni: "Qurd dərəsi" niyə düzəlmir?

Sumqayıtın “Qurd dərəsi” adlanan yaşayış massivi sosial problemləri haqda mətbuatda çox yazılıb. Sumqayıt şəhərindən cəmi 2-3 kilometr aralıda yerləşən “Qurd dərəsi” adlanan yaşayış massivi illərdir diqqətdən kənarda qalıb.

KONKRET.az xəbər verir ki, sakinlər bildirir ki, dəfələrlə buranın sosial problemlərindən, əsasən də yolların bərbad olmasından, nəqliyyatın pis vəziyyətdə olmasından , kanalizasiyanın olmamasından icra hakimiyyətinə şikayət etsələr də, heç bir tədbir görülmür.

Halbuki, yol, nəqliyyat, kanalizasiya infrastrukturu , xəstəxanası, poliknikası, işıqlandırma sistemi olmayan , 10-15 km-ə qədər uzanan bu ərazidə 10 minə yaxın insan yaşayır.

Normalda bu ərazinin ən uzaq yerinə avtobusla 10 dəqiqəyə çatmaq mümkün olsa da sakinlər, narahat, köhnə, sovetdən qalan “PAZ” avtobusları ilə 45-50 dəqiqəyə , hətta 1 saata çatırlar.

Bunun da səbəbi bu yaşayış yerində yolların çox bərbad olmasıdır. Yollar “Qurd dərəsi”ndə çox az asfaltlanıb ,bəzi yerlər isə sırf sakinlərin öz hesabına hesabına daş, çınqıl, doğranmış şlak tökülüb birtəhər düzəldilir. Təbii ki, bu cür “təmir” də çox çəkmir. Yağışlı günlərdə, qışda isə buranın yolları gölməçələrin, palçığın əlindən lap keçilməz olur. Həm əsas, həm də evlərarası yolların bərbad olması burada yaşayan sakinlərə çox əziyyət verir.

Bu səbəbdən hətta taksi xidmətləri göstərən şirkətlər də bura sifariş götürmək istəmir.

“PAZ” sürücüləri deyir ki, ki, burada təzə avtobuslar tez sıradan çıxır və “Qurd dərəsi”nin yollarına ancaq sovet avtobusları tab gətirir.

Bu avtobuslarda sakinlər evə çatana qədər xeyli əziyyət çəkir . Sakinlər zarafatca deyir ki, bu marşrut müalicəvidir, böyrək daşlarını salır. Yəni bura bir neçə marşrut işləsə də sakinlər neçə illərdir yolsuzluqdan əziyyət çəkirlər. Əgər yollar təmir olunarsa burda müasir avrobuslar işləyə bilər və sakinlərin bu zülmünə son qoyular. Yəni buranın ən böyük, köklü problemlərindən biri, kanalizasiya problemindən başqa nəqliyyatdır. Sumqayıtda son dövrlər nəqliyyat sistemində yaxşıya doğru xeyli addımlar atılıb, şəhərdə köhnə avtobusların yerinə çoxlu sayda müasir tipli avtobuslar işləyir. Amma “Qurd dərəsi”ə bu inkşaf hələ çatmayıb.Bu məsələyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) diqqət etsə idi yaxşı olardı.

Bir çox yerlərdə yollar sakinlərin öz hesabına daş, çınqıl və s. tökülərək müvəqqəti şəkildə düzəldilir. Yağışlı və qarlı günlərdə isə küçələr gölməçə və palçıqdan keçilməz olur. Bərbad yollar səbəbindən taksi şirkətləri də buraya sifariş qəbul etmək istəmirlər.

Ərazidə fəaliyyət göstərən 17,17a, 18 və 27 nömrəli marşrut xətləri yol infrastrukturunun yaxşılaşdırılmasına böyük ehtiyac var.

Mahir Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*