OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib.
KONKRET.az xəbər verir ki, bu barədə The Wall Street Journal yazır.
Nəşrin məlumatına görə, istifadəçilərin sorğuları arasında patogenlərin yayılması, peyvəndə davamlı qızılca virusunun modifikasiyası, habelə beynəlxalq müqavilələrlə qadağan olunmuş zəhər olan ritsinin hazırlanması ilə bağlı suallar olub.
Bir hadisədə istifadəçi bu cür təlimatları aldıqdan sonra valideynlərini öldürmək niyyətindən bəhs edib. OpenAI bu istifadəçilərin hesablarını bloklayıb, lakin hüquq-mühafizə orqanlarına bu barədə məlumat verməyib, çünki ABŞ-da hələ də süni intellekt şirkətlərini bu cür hadisələr barədə məlumat verməyə məcbur edən federal qanunlar mövcud deyil.
Ağagül Mürsəlov,
KONKRET.az
