Suqovuşan su anbarına balıq körpələri buraxıldıbackend

Suqovuşan su anbarına balıq körpələri buraxıldı

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə 200 000 çəkikimi balıq körpəsi Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarına buraxılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev KONKRET.az-a bildirib ki, bu il işğaldan azad olunmuş ərazilərdəki təbii su hövzələrinə ümumilikdə 400 000-dən çox çəkikimi, 8000 qızılxallı forel körpəsi buraxılıb.

“Balıq ehtiyatlarının artırılması məqsədilə  təbii su hövzələrinə balıq buraxılışı ilin sonunadək davam edəcək”.

Suqovuşan su anbarına balıq körpələri buraxıldı - FOTO

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*