“Suren Papikyan dərhal istefa verməlidir” – Sarkisyanbackend

"Suren Papikyan dərhal istefa verməlidir" - Sarkisyan

“Suren Papikyan dərhal istefa verməlidir”.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu barədə jurnalist Voskan Sarkisyan öz Facebook səhifəsində yazıb.

“Suren Papikyan dərhal işdən azad edilməlidir. Yanvarın 19-da Ermənistan Müdafiə Nazirliyinin Qeqarkunik rayonunun Azat kəndində yerləşən hərbi hissəsinin kazarmasının binalarından birində yanğın baş verib. İlkin məlumatlara görə, 15-ə yaxın ölü və bir neçə yaralı var.

Müdafiə naziri vəzifəsində Suren Papikyan uğursuzluğa düçar olub. 2022-ci il 13-14 sentyabr tarixlərində Azərbaycanın hücumu nəticəsində 50-dən çox döyüş mövqeyi itirilməsi, nəticədə 224 nəfərin həlak olması, 3 nəfərin itkin düşməsi onun yüksək vəzifəsinə uyğun gəlmir.

Papikyanın hərəkətsizliyindən orduda tam bir qarışıqlıq hökm sürür.

O, orduya, ölkənin müdafiə qabiliyyətinə kifayət qədər diqqət yetirmir, ancaq siyasi məsələlərlə fəal məşğul olur.

Nikol Paşinyan hökuməti çoxdan istefa verməli idi, lakin bu insanlar vəzifədən uzaqlaşdırılmayana qədər könüllü getməyəcəklər”, – deyə Sarkisyan yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*