Suriyada miqrant gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artdıbackend

Suriyada miqrant gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı artdı

Suriyanın Tartus şəhəri sahillərində Aralıq dənizində Livandan olan qanunsuz miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Qəza yerində xilasetmə işləri davam edir.

Bundan əvvəl Livanın ictimai işlər və nəqliyyat naziri vəzifəsini icra edən Əli Hami “Al Mayadeen” telekanalına müsahibəsində batmış gəminin göyərtəsində 120-dən 150-dək insanın ola biləcəyini qeyd edib.

Suriyalılar, livanlılar və fələstinlilər arasından miqrantların olduğu gəmi bir neçə gün əvvəl Livanı tərk edərək Yunanıstan sahillərinə istiqamət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*