Suriyadakı “təhlükəsiz bölgə”nin təfsilatları – 150 milyardlıq LAYİHƏbackend

Suriyadakı “təhlükəsiz bölgə”nin təfsilatları – 150 milyardlıq LAYİHƏ

Türkiyə prezidenti R.T.Ərdoğan BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edərkən “təhlükəsiz bölgə”nin təfsilatlarını açıqlayıb.

KONKRET.AZ TRT Haber-ə istinadla xəbər verir ki, adıçəkilən plan Suriyanın şimalında 1 milyon əhalinin yerləşdiriləcəyi bir bölgə olacaq.

Ərdoğan açıqlamasında ilkin mərhələdə beynəlxalq ictimaiyyətin dəstəyi ilə eni 30 km, uzunluğu 480 km olan sülh dəhlizi yaradaraq, 2 milyon suriyalını burada yerləşdirmək olduğunu bildirib. Plana görə Suriyanın şimalında Türkiyə sərhəddində yaradılacaq təhlükəsiz bölgənin 140 kəndində 1 milyon suriyalının 5 mini, 10 rayonunda isə 30 mini yerləşdiriləcək.

Kəndlərin hər biri 350 kv.metrlik evlər, 2 məscid, 16 sinif otağından ibarət 2 məktəb, 1 gənclər mərkəzi və qapalı idman salonu ilə təchiz ediləcək. Kəndlərdə hər evin sahəsinə uyğun ailənin kənd təsərrüfatı ilə məşğul ola bilməsi üçün torpaq sahəsi veriləcək.

Beləliklə, hər kənddə min mənzil, 140 kənddə 140 min mənzil, hər bölgədə 6 min mənzil, 10 bölgədə 60 min mənzil olmaqla cəmi 200 min mənzil inşa ediləcək. 1 milyon insan üçün nəzərdə tutulan inşaatın maddi dəyəri təqribən 150 milyard 965 milyon 400 min lirəyə (43 milyard 779 milyon 966 min manat) başa gələcək. Məskunlaşdırılacaq əhalinin sayı 1 milyondan 2 milyona yüksələrsə maddi xərc buna uyğun artacaq.

Hazırladı: Firuzə ALİMOVA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*