Sürücülərə XƏBƏRDARLIQ: Bu halda 20 manat cərimələnəcəksinizbackend

Sürücülərə XƏBƏRDARLIQ: Bu halda 20 manat cərimələnəcəksiniz

Bakıda və digər şəhərlərdə ödənişli parklanma məntəqələrinin sayının artması ilə əlaqədar sürücüləri maraqlandıran əsas məsələlərdən biri də parklanma haqqının ödənilməsi qaydalarıdır.

Bəs avtomobili ödənişli parklanma yerində saxlayıb SMS göndərməmək və ya tətbiq vasitəsilə parklanmanı aktivləşdirməmək cəriməyə səbəb olurmu?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq Departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, qanunvericilikdə bu hala görə inzibati məsuliyyət nəzərdə tutulub.

Barassociation.az - Axtarışın nəticəsi

“İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən avtomobil ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddəti başladılmadıqda 20 manat məbləğində cərimə tətbiq edilir.

Sürücülər avtomobili ödənişli parklanma sahəsində saxladıqdan dərhal sonra parklanmanı mobil tətbiq və ya SMS xidməti vasitəsilə aktivləşdirməlidirlər. Əks halda, nəqliyyat vasitəsinin həmin ərazidə qeydə alınması inzibati xəta kimi qiymətləndiriləcək”.

Fuad Məmmədov vurğulayıb ki, sürücülərin cərimə ilə üzləşməməsi üçün parklanma qaydalarına ciddi əməl etmələri və ödəniş prosedurunu vaxtında yerinə yetirmələri vacibdir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*