Şuşa Tarixi Şəhərlər Liqasına üzv seçildibackend

Şuşa Tarixi Şəhərlər Liqasına üzv seçildi

Tarixi Şəhərlər Liqasının (TŞL) Cənubi Koreyanın Andonq şəhərində keçirilən 18-ci Dünya Konfransı çərçivəsində baş tutan Baş Assambleyanın iclasında Şuşa şəhərinin liqaya üzvlüyü elan edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

Bununla bağlı TŞL-in baş katibi Shibata Shigenori çıxış edərək, Şuşanın liqaya üzv seçilməsini elan edib.

Daha sonra Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək, Şuşanın tarixi və mədəni əhəmiyyəti, işğal dövründə ermənilər tərəfindən törədilən vandallıq və Şuşada aparılan abadlıq və quruculuq işləri barədə Baş Assambleyanın iştirakçılarına məlumat verib.

Qeyd edək ki, TŞL dünyanın fərqli ölkələrindən 126 şəhəri özündə birləşdirən beynəlxalq bir platformadır. TŞL çərçivəsində fərqli şəhərlər tarixi-mədəni irsin qorunması, tarixi-mədəni abidələrin qorunması və üzv şəhərlərin turizm potensialının artırılması istiqamətində sıx əməkdaşlıq edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*