Şuşa Polis Şöbəsi Şuşaya köçürüldü, hərbi komendantlıq fəaliyyətə başladı – RƏSMİbackend

Şuşa Polis Şöbəsi Şuşaya köçürüldü, hərbi komendantlıq fəaliyyətə başladı - RƏSMİ

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında fərmanı”na uyğun olaraq müvafiq tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən KONKRET.az-a verilən məlumata görə, həmin ərazilərdə polis şöbələri müvəqqəti komendantlıqlar kimi hər rayon üzrə xüsusi idarəetməni həyata keçirəcəklər.

Artıq müvafiq polis şöbələrinin işğaldan azad edilmiş ərazilərə köçürülməsinə başlanılıb.

O cümlədən noyabrın 8-də erməni işğalından azad edilən Şuşa şəhərində də xüsusi idarəetməni Polis Şöbəsi həyata keçirəcək və polis rəisi hərbi komendant vəzifəsini icra edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*