backend

Şuşada bayram namazı, Xankəndidə azan səsi və... - Erməniyə GÖZ DAĞI

Azad edilən qədim yurd yerlərimiz erməni mediasında hələ də eybəcər adlarla təqdim edilməkdədir. Özlərinə indi də bu yolla təsəlli verir xain qonşular. Bilə-bilə ki, “miatsum qatarı” həmişəlik gedib və bir də geri dönməyəcək.

İşğalın on illərlə uzanması mənfur toplumda yəqin əminlik yaradıbmış ki, o torpaqların həqiqi sahibi heç vaxt qayıtmayacaq. Gənc ermənilərin də beynini illərdir bu axmaq iddialarla doldurublar. Ona görə erməni gənci artıq dörd gözlə öz “böyüyündən” soruşmağa başlayıb ki, “bəs deyirdiniz Şuşa qədim erməni şəhəridir, nə oldu?”

Miflər beləcə bir-bir sabun köpüyü kimi dağılıb gedir. 6 aydır şokdadırlar. Bizi gözləmirdilər. Amma qayıtdıq. Qayıdırıq. Qayıdacağıq. Dədə-Qorqud demiş, çoxalacağıq, artacağıq…

İşğalçı qəbilə beləcə möhkəm yanıldı. Burnu sındırıldı, əngi və başı əzildi. Elə bir ağrılı zərbə aldı ki, bir də yad torpaqlarda at minib çapmaq niyyətinə düşəndə olmayan papağını qabağına qoyub üç dəfə düşünməli olacaq öz boş başı ilə.

Sabah Şuşa məscidində 29 illik fasilədən sonra ilk dəfə bayram namazı qılınacaq. Azan səsi təzədən Qarabağa, Xankəndi səmasına yayılacaq. Elə “şeytan yuvası” Xankəndində də azan səsinin eşidiləcəyi gün uzaqda deyil.

Əsl göz dağıdır. Di, indi paxıllıqdan partlayın!..

Belə bir aforizm var: “Qorxağı təhlükəli vəziyyətlərlə müalicə elə”. İndi bu mənfur toplum da. Onların xəbis, saxtakar bir tayfa olduğunu bütün dünya bilir. Amma altını biz çəkirik, Türk soyu çəkir. Odur ki, “müalicəsi” də nə yazıq ki, bizlikdir, bizim üzərimizdədir.
Kardinal “müalicənin” vaxtı isə çatıb: ermənilərin saxtakarlıq mərəzini biz həqiqətlərlə “müalicə” edəcəyik, erməni xainliyi və cılızlığını ucalığımız, nəcibliyimiz, qəlbi genişliyimiz, böyüklüyümüz və qədimliyimizlə, yüksək iqtisadi və mədəni inkişaf səviyyəmizlə! Onsuz da aradakı fərq böyük idi, getdikcə daha da böyüyəcək…

Qayıdaq yaşayış məntəqələrimizin, şəhərlərimizin hələ də əcaib erməni adları ilə adlandırılmasına.

Yaxşı, tutaq ki, oralar “qədim erməni” məskənləridir. O zaman nədən daşı-daşı üstdə saxlamadınız, bircə mülki bina tikmədiniz və o yerləri xarabalığa çevirdiniz? Sənin olan bir şeyin, torpağın, yurdun qədri beləmi bilinir? Hanı məntiq?

Əlbəttə, erməninin davranışında məntiq axtarmağın özü məntiqsizlik olardı. İşğal altındakı Cəbrayılda tikdikləri “kilsə”ni sökməyimizi dünyaya utanmazcasına “Qarabağda qədim erməni mədəni-dini irsi”nə qarşı “vandalizm” kimi təqdim edən sırtıq və anormal bir qövmdür bunlar! “Adımı sənə qoyum, səni də yana-yana…”

Amma yox! Daha bizlər deyil, erməni tərəf yana-yana qalacaq, ürəyi partlayacaq. İşğaldan azad edilən ərazilərimizin necə sürətlə gülüstana çevrildiyini gördükcə, Şuşa məscidindən azan səsi eşitdikcə, Şuşada bayram namazlarının qılındığını, Xarıbülbül festivallarını gördükcə.


Az qala yaddan çıxmışdı. Bu gün – mayın -12-si atəşkəs haqda bədnam “Bişkek protokolu”nun imzalanmasından 27 il ötür. O da “artsax”ın statusu və status-kvo kimi gorbagor oldu. Əvəzində bu gün – mayın 12-də Şuşada “Xarıbülbül” Musiqi Festivalı başlayır. Təsadüfmü, ya yox, amma gözəl təsadüfdür, ermənini içdən didən rəmzi bir anlam daşıyır…

Məşhur rus sovet aktyoru Yuri Nukulinin ibrətamiz bir sözü var. Deyib ki: “Əclaflardan qisas almağa çalışmayın, sadəcə xoşbəxt olun. Onlar buna dözməyəcək…”

İnkişaf edək, rifaha qovuşaq, Qarabağda cənnət yaradaq. Sadəcə, xoşbəxt olaq. Ermənilər dözməyəcək. Onlara ən böyük cəza da elə bu olacaq!..

Zahid SƏFƏROĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*