“Şuşaya geri qayıtmaq möcüzədir. Ancaq mən möcüzələrə inanmıram” – Erməni qadınbackend

"Şuşaya geri qayıtmaq möcüzədir. Ancaq mən möcüzələrə inanmıram" - Erməni qadın

“Stepanakertdə mənzil almaq üçün növbədəyik. Ancaq Şuşiyə geri qayıda bilməyəcəyik. Şuşi həyatımız, ən yaxşı xatirələrimiz, xoşbəxtliyimiz idi. Bu şəhər təmiz havadır. Və bu hava ilə artıq nəfəs ala bilməyəcəyik. Bu şəhərə qayıtmaq mənim üçün ən böyük möcüzə olardı. Ancaq mən möcüzələrə inanmıram”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Euronews kanalına müsahibəsində Lilit adlı erməni qadın deyib.

Reportajda bildirilib ki, müharibə zamanı Dağlıq Qarabağı tərk etmiş çoxsaylı qaçqın arasında bir neçə min nəfər hələ də Ermənistandadır və öz evlərinə qayıtmağa ümid edirlər.

Euronews müxbiri Bastien Borie isə deyir ki, “Buradakı bəzi siyasətçilər Şuşanın diplomatik yollarla qaytarılması ehtimalına inandıqlarını söyləyirlər. Ancaq bu gün Azərbaycan şəhəri möhkəm saxlayır”.

Videoreportajı təqdim edirik:

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • Fətəliyev Rafael
    İyun 17, 2021 - 03:09

    Ermənilər Azərbaycan və bütün Qarabağ torpağımızda rədd olub gedin heç bir erməni faşisti terorçu bizim torpaqlarımızda qalmasınlar

  • GARACANTA
    İyun 19, 2021 - 00:09

    bu xəbəri yazan KONKRET, heç olmasa Qərbi Azərbaycandan qovulmuş insanlarımız haqqında da 1 cümlə yazaydınız …”Əhsən” sizin xəbərinizə….Sizin əvəzinizdən o insanlarımızdan mən üzr istəyirəm…Yazıqlar Olsun..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*