Suyun gecikdirilməsinə görə həmkəndlisini döyən şəxs azadlığa buraxıldıbackend

Suyun gecikdirilməsinə görə həmkəndlisini döyən şəxs azadlığa buraxıldı

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda İntiqam Nəsibzadənin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Beyləqan Rayon Məhkəməsinin hökmü cəza təyin edilməsi hissəsində dəyişdirilib və ona şərti cəza verilib. İntiqam Nəsibzadə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisindən dərhal həbsdən azad olunub.

İttihama görə, hadisə 2025-ci il tarixdə saat 08:30 radələrində Beyləqan rayonunun Milabad qəsəbəsi, Qurban İbrahimov küçəsində yerləşən marketin qarşısında baş verib.Belə ki, İntiqam Nəsibzadə hadisə günü marketin qarşısında əlində istintaqa məlum olmayan predmetlə dayanıb. Bu zaman o, həmkəndlisi, zərərçəkmiş Bəşir Ömərovun (adı, soyadı şərtidir) özünə məxsus “VAZ-2107” markalı avtomobillə həmin ərazidən keçdiyini görüb. Təqsirləndirilən şəxs əl işarəsi ilə avtomobilin saxlanmasını istəyib. Zərərçəkmiş şəxs maşını bir qədər irəlidə saxladıqdan sonra İntiqam Nəsibzadə onun yanına yaxınlaşıb.

Tərəflər arasında həyətyanı sahəyə suyun verilməsinin gecikməsi məsələsi ilə bağlı mübahisə yaranıb. Təqsirləndirilən şəxs bu məsələni bəhanə edərək həmkəndlisinə qəsdən xəsarət yetirmək qərarına gəlib.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, İntiqam Nəsibzadə mübahisəni ictimai yerdə fiziki qarşıdurmaya çevirib. O, özünü ətrafdakılara qarşı qoyaraq cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirib.

Bundan sonra İntiqam Bəşirin üzərinə hücum edərək onu nalayiq ifadələrlə təhqir edib. Təqsirləndirilən şəxs əlində olan və silah qismində istifadə etdiyi, istintaqa məlum olmayan predmetlə zərərçəkmiş şəxsin başına və kürək nahiyəsinə bir neçə zərbə endirib. Zərbələr nəticəsində zərərçəkmiş şəxs müxtəlif xəsarətlər alıb.

Beləliklə, İntiqam Nəsibzadənin hərəkətləri nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurulub.

Beyləqan Rayon Məhkəməsinin hökmü ilə onun barəsində 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib və təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında həbs olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*