Taksimdəki terror aktının təşkilatçısı Suriyada zərərsizləşdirildibackend

Taksimdəki terror aktının təşkilatçısı Suriyada zərərsizləşdirildi

Noyabrın 13-də İstanbulun Taksim meydanının İstiqlal küçəsində törədilən terror aktını təşkil edən PKK üzvü Halil Menci zərərsizləşdirilib.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, Menci Türkiyənin Milli Kəşfiyyat Təşkilatı tərəfindən Suriyanın şimalında keçirilən əməliyyat nəticəsində məhv edilib.

Xatırladaq ki, İstiqlal küçəsində terror aktı zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*