Beynəlxalq cəmiyyət Talibanı mühakimə etməmişdən öncə 20 ay vaxt verməlidir.
KONKRET.az xəbər verir ki, bunu Talibanın iqtisadiyyat naziri Kari Din Məhəmməd Hənif deyib.
“Biz əvvəlki rejim kimi dünyadan bizə yardım göstərməsini və ya bizimlə əməkdaşlıq etməsini istəmirik. Qoy, dünya bizə 20 ay vaxt versin, sonra uğur qazanıb-qazanmadığımıza dair mühakimə etsin”, – Hənif qeyd edib.
