Tanınmış milyarder həftədə 12 saat işləməyi təklif edirbackend

Tanınmış milyarder həftədə 12 saat işləməyi təklif edir

Konkret.az xəbər verir ki, dünyada tanınan “Alibaba” Şirkətlər Qrupunun təsisçisi, tanınmış çinli iş adamı Cek Ma Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında insanların gələcəkdə həftədə 12 saat işləmələrinin vacib olduğunu deyib: “Düşünürəm ki, növbəti 20-30 il ərzində bir insanın ömrü uzana bilər, biotexnologiya insana 100-120 il yaşamağa imkan verə bilər. Niyə biz bu qədər çalışmalıyıq? Məncə insanlar həftənin üç günü işləməlidirlər və gündə dörd saat şərtilə”, – deyə Cek Ma bildirib.

Natiq Səlim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*