“Tapşırıq vermişəm ki…” – Paşinyanın Putinə gecə zənginin ŞOK DETALLARIbackend

"Tapşırıq vermişəm ki..." – Paşinyanın Putinə gecə zənginin ŞOK DETALLARI

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş nazirinin səlahiyyətlərinin icraçısı Nikol Paşinyan arasında baş tutan telefon danışığı ilə bağlı Ermənistan baş nazirinin mətbuat xidməti də məlumat yayıb.

KONKRET.az xəbər verir ki, Nikol Paşinyan Prezident Putinə Kollektiv Təhlükəsizlik Müqaviləsinin 2-ci maddəsinə uyğun olaraq məsləhətləşmələrə başlamaq üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına rəsmi müraciət etməklə bağlı mayın 13-də tapşırığı verdiyi barədə məlumat verib.

Vladimir Putin sərhəddəki vəziyyətin daha da kəskinləşməsinin qəbuledilməz olduğunu deyib və durumun tezliklə sabitləşməsinə və 9 noyabr 2020 və 11 yanvar 2021 tarixli üçtərəfli bəyanatlarda təsbit edilmiş razılaşmaların həyata keçirilməsi üçün lazımi şərtlərin yaradılmasına ümid etdiyini bildirib. Rusiya tərəfi bölgədə sabitliyin təmin edilməsi maraqları naminə aktiv vasitəçilik səylərini davam etdirmək niyyətini təsdiqləyib.

“Sputnik Ermənistan” isə bildirir ki, telefon danışığı mayın 13-də gecə saatlarında Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub./teleqraf/

  • Garachanta
    May 14, 2021 - 13:09

    Putin əslində bu telefon danışığı ilə Körpələrimizin Qatili Koçaryanı gücləndirir – Paşinyanı sındırmaq və hakimiyyətə Koçaryanı gətirmək. Məqsəd budur. Rus və erməni gavurlarları nə zənn edirlər?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*