Tarix İnstitutunun xanım mətbuat katibi feministləri tənqid etdi – FOTOFAKTbackend

Tarix İnstitutunun xanım mətbuat katibi feministləri tənqid etdi - FOTOFAKT

AMEA-nın Tarix İnstitutunun “İctimaiyyətlə əlaqələr” şöbəsinin müdiri Nərminə Ağayeva feministləri tənqid edib.

KONKRET.az N.Ağayevanın Feysbukda yazdıqlarını olduğu kimi təqdim edir:

“Bu xanımların istəyi qadınlara daha çox diqqət yetirilsin deyil sadəcə feminizmi aşılamağa çalışırlar bu gün sabah eyni adamları LGBT-nin də dəstəkçisi kimi görə biləcəyik deyə düşünürəm. Evinin paltarın yuyan qadın niyə bədbəxt olur axı. Burda məsələ qadın haqları deyil məsələ gələcək nəsillərin ailə institutunu çökəltmək, məhv etməkdir və belə də olacaq sonrakı on illik yaxud iyirmi illikdə cəmiyyətdə normal ailə qalmayacaq. Azadlıqla natamam həyatı qarışdırmayaq”.

Qeyd edək ki, martın 6-da Bakının mərkəzində qadınlara dəstək məqsədilə aksiya keçirilib. ADO teatrının heyətindən olan bir neçə qadın üzərinə “Qızsan, dözməlisən”, “Döyər də, sevər də”, “Qız kimi ol”, “Səbr elə”, “Yolum bağlıdır” kimi şüarlar yazılmış köynəklərlə qadınların cəmiyyətdəki kimliklərini ictimailəşdirdiklərini bildiriblər. Onların bu şüarları sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*