ABŞ-da buz dövrünə aid ayaq izləri aşkar edilib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Kornell Universitetinin tədqiqatçıları Daron Dyuk və Tomas Urban Yuta ştatında 88 insan ayaq izini tapıb.
Böyük Duz Gölü səhrasında təsadüfən aşkar etdilən 5-12 yaş arası uşaqlara aid izlərin 12 min ildən çox yaşı olduğu güman edilir.
Həmçinin ərazidə iki açıq soba, kamin və tütün qalıqları aşkar edilib.
Qeyd edək ki, bunlar ABŞ-da aşkar edilən ilk ayaq izləri deyil. Bundan əvvəl Nyu-Meksikodakı “White Sands” milli parkında da qədim dövrə aid insan ayaq izləri tapılıb.
Son araşdırmalara görə, Tularosa hövzəsi və Şimali Amerikada ən azı 23 min il əvvəl insanlar yaşayıblar.
İqbal Rzayev,
KONKRET.az
